PÜŞK atılır: "Qarabağ"ın ÇL-də potensial pley-off rəqibi seçiləcək

PÜŞK atılır: "Qarabağ"ın ÇL-də potensial pley-off rəqibi seçiləcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi üçün püşk atılacaq.

"Mediasport" xəbər verir ki, mübarizəni davam etdirən təmsilçimiz "Qarabağ"ın da potensial rəqibi müəyyənləşəcək.

Tədbir Bakı vaxtilə saat 14:00-da başlanacaq və İsveçrənin Nyon şəhərində yerləşən mənzil qərargahında keçiriləcək.

Azərbaycan çempionu II raundda Şimali Makedoniyanın “Şkendiya” klubunu keçərsə, pley-offda “Budö-Qlimt” (Norveç), “Seltik” (Şotlandiya) və ya turnirin III mərhələsində “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) və “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütlərindən birinin qalibi ilə qarşılaşa bilər.

Xatırladaq ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.