Millilərimiz Serbiya və Şimali İrlandiya yığmaları ilə qarşılaşır

Millilərimiz Serbiya və Şimali İrlandiya yığmaları ilə qarşılaşır

Azərbaycanın U-19 və U-17 milli komandaları bu gün Avropa çempioantının seçmə mərhələlərində növbəti oyunlarını keçirəcəklər.

"Mediasport" xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət yığmamız Bakı vaxtilə saat 19:00-da Serbiyadan olan həmkarları ilə qarşılaşacaqlar.

Raundun görüşləri Şimali Makedoniyada təşkil edilir.

Almaniyada keçirilən U-17-lərin qrup matçlarında isə komandamızın ikinci tur rəqibi saat 19:30-da Şimali İrlandiya kollektivi olacaq.

Xatırladaq ki, U-19 ilk turda Monteneqroya (2:7), U-17 Almaniyaya (0:7) uduzub.