Cesse Sekidika "Sabah"dan ayrıldı

Cesse Sekidika "Sabah"dan ayrıldı

"Sabah" Cesse Sekidika ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, nigeriyalı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. 

Sekidika "Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

O, Masazır təmsilçisinin forması ilə 107 oyun keçirib, 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

Azərbaycan çempionu buna qədər Nicat Mehbalıyev və Pavol Şafranko ilə də vidalaşıb.