Səbuhi əsas kapitan olacaq

Premyer Liqa təmsilçisi "Sumqayıt"da 2025-26 mövsümündə kapitanlıq sarğısını daşıyacaq futbolçuların adları açıqlanıb.
"Mediasport" xəbər verir ki, Səbuhi Abdullazadə "gənclik şəhəri" təmsilçisinin əsas kapitanı olacaq.
Mehdi Cənnətov və Roi Kehat isə Sumqayıtın eyniadlı təmsilçisinin vitse-kapitanı təyin olunublar.
"Sumqayıt"ın Premyer Liqanın yeni mövsümündə ilk rəqibi "Kəpəz" olacaq.
Qarşılaşma avqustun 17-də, saat 20:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.