"Sabah"da braziliyalı futbolçu
"Sabah" heyətinə yeni futbolçu qatıb.
"Mediasport" xəbər verir ki, Masazır klubu braziliyalı yarımmüdafiəçi Du Keyrosu transfer edib.
Cənubi amerikalı Rusiyanın "Zenit" klubundan icarəyə götürülüb.
Müqavilə mövsümün sonunadək nəzərdə tutulub.
"Bayquşlar" icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Du Keyros karyerası ərzində Braziliyanın "Korintians" (2021–2023), "Qremio" (2024) və "Sport Resife" (2025), Rusiyanın isə "Zenit" (2023–2024) və "Orenburq" (2025–2026) klublarında çıxış edib.


