Asim Xudiyev AÇ-də Türkiyə millisinin oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Türkiyə - Litva oyununda iş başında olacaq.
H qrupunun matçı oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində yerləşən "Sakarya Atatürk" stadionunda baş tutacaq.