Çempionlar Liqası: "Qarabağ"ın matçına 28 minə yaxın bilet satıldı

Çempionlar Liqası: "Qarabağ"ın matçına 28 minə yaxın bilet satıldı

Noyabrın 5-də Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsiin dördüncü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa satılmış bilet sayı açıqlanıb.

Klubdan "Mediasport"a verilən məlumata görə, hazırkı ana 27 min 250 bilet alınıb.

Bilet satışı davam edir.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.