"Şamaxı"ya 100 min dollar qazandıran Pusi müqavilə bağladı

"Şamaxı"ya 100 min dollar qazandıran Pusi müqavilə bağladı

"Şamaxı"dan ayrılan Belajdi Pusinin karyerasını Rusiyada davam etdirəcəyi rəsmiləşib.

"Mediasport" xəbər verir ki, albaniyalı futbolçu Premyer Liqa klubu "Fakel"lə müqavilə bağlayıb.

27 yaşlı hücumçu ilə anlaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Rusiya mətbuatının yazdığına görə, Voronej təmsilçisi forvardın keçidi üçün "Şamaxı"ya 100 min dollar təzminat ödəyib.

Qeyd edək ki, Pusi "şirlər"in heyətində mövsümün əvvəlindən çıxış edirdi.