"Sabah"dan ayrılan hücumçu Superliqa klubunda oynayacaq
“Sabah”ın futbolçusu Timilehin Oluvaseun Kosovoya üz tutub.
"Mediasport" xəbər verir ki, nigeriyalı hücumçu “Ferizay” klubuna keçib.
21 yaşlı forvard Super Liqa təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.
Xatırladaq ki, afrikalı əsasən "Sabah"ın əvəzedici komandasında forma geyinirdi.

