"Sabah"dan vinger transferi - VİDEO
"Sabah" növbəti transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, 25 yaşlı vinger Ksander Severina ilə 2+1 illik müqavilə imzalanıb.
Kürasaolu futbolçu İsrailin "Makkabi" (Hayfa) klubundan transfer edilib.
Severina karyerası ərzində Niderlandın "Den Haaq" (2021-2023), Serbiyanın "Partizan" (2023-2024), Portuqaliyanın "Kaza Pia" (2025-2026) və İsrailin "Makkabi" (Hayfa, 2024-2026) klublarında çıxış edib.
O, Kürasao millisinin heyətində 5 oyun keçirib.


