"Qarabağ" debütantı məğlub etdi, "Sabah" 3 xalı Qubada qazandı
Futbol üzrə Azərbaycan Premyer Lqiasında 13-cü turun görüşləri keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutub.
"Sabah" Quba səfərində meydana çıxıb, son çempion və cari lider "Qarabağ" isə Suraxanıda doğma meydanda oynayıb.
Tura sabah yekun vurulacaq.
Xatırladaq ki, ilk gündə "Zirə" "Kəpəz"i məğlub (2:0) edib, "Neftçi" isə səfərdə "Turan Tovuz"la qolsuz bərabərə qalıb.
Azərbaycan Premyer Liqası. 3-cü tur
“İmişli” - ”Sabah" 0:3
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rauf Cabarov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Quba OİK stadionu, 14:30
“Qarabağ” - “Karvan-Yevlax” 2:0
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Azersun Arena”, 17:00
