Azərbaycan çempionu Almaniya klubuna 1 milyon avro ödəyəcək
2025/2026 mövsümünü icarə əsasında "Sabah"da keçirən Timoteuş Puxaç növbəti mövsümdə də Azərbaycanda oynayacaq.
"Mediasport" Polşanın meczyki.pl portalına istinadən xəbər verir ki, "bayquşlar" 27 yaşlı futbolçunun transfer hüquqlarını "Holştayn Kil" (Almaniya) klubundan alacaq.
Puxaç Masazır təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
Nüfuzlu "Transfermarkt" portalı transferin 1 milyon avroya başa gələcəyini yazır.
Polşalı müdafiəçi cari mövsüm "Sabah"ın heyətində bütün turnirlər daxil olmaqla, 32 oyuna çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.
