"Şəfa" rəsmən Premyer Liqada!
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 26-cı tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
Lider "Şəfa" "Cəbrayıl" ilə matçda qələbə qazanaraq çempionluğu təmin edib və Premyer Liqaya çıxışını rəsmiləşdirib.
2-ci pillədə qərarlaşan "Səbail" "Şahdağ Qusar"la heç-heçə edib. "Mingəçevir" MOİK-i, "Baku Sportinq" isə "Zaqatala"nı üstələyib. Nəticədə, pley-offa vəsiqə qazanacaq komandanın adı sonuncu tur müəyyənləşəcək.
Azərbaycan 1-ci Liqası. 26-cı tur
15 may (cümə)
"Mingəçevir" - MOİK 3:1
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Rəşad Qliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).
"Səbail" - "Şahdağ Qusar" 0:0
Hakimlər: Əliyar Ağayev, Sənan Atayev, Rəhman Aslanov, Murad Səlimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bayıl Arena".
"Baku Sportinq" - "Zaqatala" 3:0
Hakimlər: Maqsud Şamıyev, Zöhrab Abbasov, Kərim Zeynalov, Nicat İsmayıllı
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Buzovna qəsəbə stadionu.
"Şəfa" - "Cəbrayıl" 1:0
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu.
