"Karvan-Yevlax"ın ilk ev matçının hansı oyun olacağı DƏQİQLƏŞDİ

"Karvan-Yevlax"ın ilk ev matçının hansı oyun olacağı DƏQİQLƏŞDİ

Peşəkar Futbol Liqası (PFL) noyabrın 21-də Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək "Karvan-Yevlax" - "Kəpəz" oyununun yerini dəyişdirib.

"Mediasport" xəbər verir ki, qarşılaşma Yevlax şəhər stadionunda baş tutacaq.

Təşkilatçı qurum rəsmi saytında görüşün oynanılacağı yeri əvvəlcə Şamaxı şəhər stadionu göstərsə də, bu gün dəyişiklik edilib.

Beləliklə, uzun fasilədən sonra Premyer Liqaya qayıtmış aranlıların mövsümdə ilk dəfə ev matçı doğma azarkeşləri qarşısında reallaşacaq.

Oyun saat 14:00-da start götürəcək.