Premyer Liqa: “Neftçi” - “Turan Tovuz” oyununa neçə bilet satılıb?
Martın 9-da Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək “Neftçi” - “Turan Tovuz” matçına satılmış biletlərin sayı açıqlanıb.
Paytaxt klubundan "Mediasport"a verilən məlumata görə, artıq 3000 bilet alınıb.
Bilet satışı davam edir. Xatırladaq ki, "ağ-qaralar" biletlərin qiymətində endirim edib.
“VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
“Palms Sports Arena”da baş tutacaq qarşılaşma saat 20:30-da başlanacaq.
Biletlər oyun günü saat 12:00-dan etibarən stadionun kassasında da satışda olacaq.
