Azərbaycan klubunun prezidenti vəzifəsinə yeni rəhbər gətirildi
Futbol üzrə Azərbaycanın 2-ci Liqasında yarışan “Şəmkir” klubunun rəhbərliyində dəyişiklik baş verib.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisinin yeni prezidenti və əsas idarəedicisi vəzifəsinə Adil Əliyev təyin olunub.
Hədəf komandanın idarəetmə strukturunu gücləndirmək, bölgə futbolunun inkişafına töhfə vermək və “Şəmkir”i daha yüksək yerlərə aparmaqdır.
Xatırladaq ki, "qırmızı-ağlar" hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.
