Çempion olan "Xankəndi"yə kubok və qızıl medallar təqdim edildi

Çempion olan "Xankəndi"yə kubok və qızıl medallar təqdim edildi

Futbol üzrə Azərbaycan 2-ci Liqasında mükafatlandırma mərasimi baş tutub.

"Mediasport" xəbər verir ki, turnirin qalibi "Xankəndi" komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Region Liqasının ardınca 2-ci Liqanın da çempionu olan komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər

Ardınca "Xankəndi" komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.