Azər Bağırov: "Bu gün 2 xal itirdik"

 Azər Bağırov: "Bu gün 2 xal itirdik"

"Azarkeşlərimizə təşəkkür edirəm ki, sona qədər komandanın yanında oldular. Yaxşı və pis günümüzdə yanımızda olmalarını istəyirəm. Əsl azarkeşlər dar gündə tanınır".

"Mediasport" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 23-cü turunun "Zirə" ilə səfər oyunu haqda danışıb:

"Son saniyələrdə qol buraxdığımızı nəzərə alsaq, mənə elə gəlir ki, biz 2 xal itirdik.

Yaxşı komandaya qarşı oynadıq. "Zirə"də illərin oturuşmuş heyəti var. Rəqibin güclü tərəflərini futbolçulara demişdik.

Maraqlı oyun alındı. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra toparlandıq.

Daha dəqiq oynamağı bacarsaydıq, sonuncu dəqiqədə qələbəni əldən verməzdik. Əfsuslar olsun.

Önümüzə baxacağıq. Qarşıda çətin oyunlarımız var".

Xatırladaq ki, görüş 2:2 hesabı ilə yekunlaşıb.