Azərbaycan millisi Belarusda Tacikistana uduzub 6-cı yeri tutdu

 Azərbaycan millisi Belarusda Tacikistana uduzub 6-cı yeri tutdu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində sonuncu oyununu keçirib.

"Mediasport" xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, komandamız turnirdə 6-cı yeri tutub.

Yığmamız yarışda Rusiya (1:7) və Özbəkistana (1:3) uduzub, Belarusa qalib (1:0) gəlib.