AFFA İntizam Komitəsi "Neftçi"yə 15 min manat cərimə yazdı

AFFA İntizam Komitəsi "Neftçi"yə 15 min manat cərimə yazdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, iclasda Misli Premyer Liqasının VII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununun 90+7-ci dəqiqəsində “Zirə” klubunun 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Zirə” klubu 500 manat cərimə edilsin (maddə 17.7);

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “Zirə” klubu 1000 manat cərimə edilsin (maddə 68);

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə “Neftçi” komandası 10000 manat cərimə edilsin (maddə 86.3);

03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 5000 manat cərimə edilsin (maddə 51.1);

Turun “Sumqayıt” – “Turan Tovuz” oyununda “Sumqayıt”ın, “Qəbələ” – “Şamaxı” matçında isə “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki kluba 700 manat cərimə kəsilib.