Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi

Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdamda səfərdə olub.

"Mediasport" xəbər verir ki, mütəxəssis səfər çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla anıb.

Qurban Qurbanov ziyarət zamanı “Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.

Qeyd edək ki, əfsanəvi komandir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətlə yanaşı, “Qarabağ” Futbol Klubunun tarixində də xüsusi yer tutur.

O, klubun fəaliyyət göstərdiyi ən çətin dövrlərdə komandanın yanında olub, Ağdam futbolunun yaşadılması və inkişafı üçün mühüm xidmətlər göstərib.