"Qurban Qurbanovu çağırın, gəlib akademiya məşqçilərinə dərs desin"

"Qurban Qurbanovu çağırın, gəlib akademiya məşqçilərinə dərs desin"

"Fənərbağça", "Qalatasaray" rəhbərlərinə deyin, Qurban Qurbanovu çağırsınlar, gəlib akademiya məşqçilərinə dərs desin".

"Mediasport" xəbər verir ki, bu sözləri tanınmış türkiyəli teleaparıcı Ertem Şener deyib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Benfika" ilə səfər matçında 3:2 hesablı tarixi qələbə qazanan "Qarabağ"ı təbrik edən Şener sosial şəbəkə hesabında yerləşdirdiyi videopaylaşımda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovu Türkiyənin nəhəng klublarına nümunə göstərib:

"Qarabağ" rəhbərliyindən transferi necə etdiklərini soruşun. Adamlar 200 min avroya Kamilo Duranı alır, o da Çempionlar Liqasında qol vurur. Sizsə 21 milyon avroya Con Duranı gətirirsiz, o da əsa ilə gəzir. "Portimonense"dən "Qarabağ"a keçən kolumbiyalı Duran isə kluba tarix yaşadır...".

Xatırladaq ki, Qurban Qurbanovun komandası 16-cı dəqiqədə hesabda 2 top fərqilə geri düşsə də, inanılmaz "comeback"lə portuqalları 68 minlik "Da Luj" stadionunda məğlub edib.