Onur Quluzadə Bosniya turnirini bürünc medalla başa vurdu

 Onur Quluzadə Bosniya turnirini bürünc medalla başa vurdu

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirində uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz qrup mərhələsini lider olaraq başa vurub.

O, müvafiq olaraq, yerli idmançı Nidal Basiç, almaniyalı Pol Flemminq, rumıniyalı Raul Kreuç və daha bir almaniyalı Tien Nia Ponqu məğlub edib.

Quluzadə finala gedən yolda Almaniyanın digər tennisçisi Lukas Vanqaya 2:3 hesabı ilə uduzub və yarışın bürünc medalına layiq görülüb.