Daşkənddə 3 medal aldıq
Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, yarışın son günündə U-15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə finaladək bütün rəqiblərini üstələyərək finala yüksəlib.
Yalnız həlldici oyunda məğlubiyyətlə üzləşən seçmə komandan üzvü ikinci yerlə kifayətlənib.
Cəfər Almədədli isə U-11 yaş qrupunda bürünc mükafata layiq görülüb.
Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçüncü yeri tutmuşdu.


