"Qarabağ"ın Avstriyada rəqibləri və oyunların saatları açıqlandı
“Qarabağ”ın 2026/2027 mövsümünə hazırlıq planı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, iyunun 10-da Bakıda biraraya gələcək Ağdam klubu ilk mərhələni ayın 22-dək paytaxtda keçəcək.
Qurban Qurbanovun komandası iyunun 22-də Avstriyaya yollanacaq - Toplanışın ikinci mərhələsi avqustun 2-dək Tirol əyalətində baş tutacaq.
Hazırlıq çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
"Atlılar" iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
İyulun 1-də reallaşacaq iki dueldən ilkində rəqib Ukraynanın “Metallist” komandası olacaq. Matç Bakı vaxtı ilə saat 15:00da start götürəcək.
Həmin gün Macarıstan nəhəngi "Ferensvaroş"la oyun isə Bakı vaxtı ilə saat 20:00-a planlaşdırılıb.


