Millimizdə dəyişiklik: "Sabah"ın futbolçusu düşərgəni tərk etdi
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Bu barədə "Mediasport"a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Sabah"ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.
Xatırladaq ki, U-20 toplanışda Moldova (3 oktyabr) və Yaponiya (6 oktyabr) yığmaları ilə yoldaşlıq matçları keçirəcək.

