"Qarabağ" DÇ-2026-da iştirak edən qapıçı üçün nə qədər ödəyib?

"Qarabağ" DÇ-2026-da iştirak edən qapıçı üçün nə qədər ödəyib?

"Qarabağ"ın bir neçə gün öncə "Riyeka"dan (Xorvatiya) transfer etdiyi Martin Zlomisliçə görə klubuna ödədiyi təzminat məbləği açıqlanıb.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Bosniya və Herseqovin millisinin qapıçısı üçün 500 min avro kompensasiya ödəyib.

Bu barədə "Transfermarkt" portalında məlumat yayılıb.

Xatırladaq ki, Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında yığmanın düşərgəsindədir.