"Roma"nın forvardı: "Azərbaycan millisi ciddi müqavimət göstərdi"

"Roma"nın forvardı: "Azərbaycan millisi ciddi müqavimət göstərdi"

"Milli komandalar səviyyəsində asan oyun olmur. Hər kəs matça yaxşı köklənir, maksimum gücünü ortaya qoyur. Azərbaycan millisi bizə ciddi müqavimət göstərdi".

"Mediasport" xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Artyom Dovbik deyib.

İtaliyanın "Roma "klubunda çıxış edən forvard DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində dünən Azərbaycan yığması ilə keçirilmiş görüş haqda danışıb.

Hücumçu 2:1 hesabı ilə qalib gəldikləri oyunun çətin keçdiyini vurğulayıb:

“Fasilədən əvvəl qol buraxmağımız bizi bir az silkələdi. Mənim də qol vurmaq imkanlarım oldu, dəyərləndirə bilmədim. İkinci hissədə istəyimizə çataraq hər şeyi müsbətə doğru dəyişə bildik.

Əsas məqsəd qələbə idi və komandamız bu vəzifənin öhdəsindən gəldi. Rəqibin üç mərkəz müdafiəçisindən ikisinin diqqətini mənə yönəltməsi xeyrimizə oldu. Digər zonada boşluq yarandı və qələbə topunu vura bildik".