"Qəbələ" 5 oyun keçirəcək

 "Qəbələ" 5 oyun keçirəcək

Yeni mövsümə hazırlaşan “Qəbələ” hazırlıq müddətində 5 yoxlama matçı keçirəcək.

Klubdan "Mediasport"a verilən məlumata görə, “qırmızı-qaralar”ın ilk oyunu iyulun 14-də “Kəpəz”ə qarşı olacaq.

Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə görüşlər nəzərdə tutulub.

Yalnız “Sumqayıt”la qarşılaşma rəqib meydanında baş tutacaq. Digər duellər Qəbələdə təşkil olunacaq