Qurban Qurbanov: "Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq..."

Qurban Qurbanov: "Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq..."

"Futbolçularımı təbrik edirəm. Gərgin oyun keçdi. Qarşımızda yaxşı müdafiə olunan və əks-hücumlara yaxşı çıxan komanda var idi. Azarkeşlərə də bizə sona qədər dəstək olduqları üçün minnətdarlığımı bildirirəm",

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 4-cü turunun "Araz-Naxçıvan"la oyunu haqda danışıb, 3:2 hesablı qələbəni şərh edib.


2 qol buraxmaq müdafiədə narahatçılığa əsas verir?

- Deməzdim. İki standart vəziyyətdən qol buraxdıq. Diqqətsizlik oldu. Əlbəttə ki, bu, təhlükəlidir. Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq bəlkə də məsuliyyətsizlikdir. Qarşıdakı oyunlarda bunu aradan qaldırmağa çalışacağıq. 

Koxalskinin gedişi barədə düşüncələriniz necədir?

- Hələ ki, rəsmi bir gediş yoxdur. Danışıqlar gedirdi. Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi. Bu gün matçımız var idi. Bu oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanaram.