"Turan Tovuz" daha 5 futbolçu ilə yollarını ayıracaq - ADLAR
Konfrans Liqasına hazırlaşan "Turan Tovuz"da "təmizləmə əməliyyatı" davam edir.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi daha 5 futbolçusu ilə yollarını ayıracaq.
Baş məşqçi Kurban Berdıyevin istəyilə müqaviləsi iyunda başa çatacaq Sergey Samok, Şəhriyar Əliyev, Tural Bayramlı, Xəyal Nəcəfov və Filip Ozobiçlə əməkdaşlığın uzadılmaması qərara alınıb.
Xatırladaq ki, ukraynalı müdafiəçi Mark Rene Mampassinin də məxsus olduğu "Lokomotiv"ə (Moskva) qayıdacağını bir neçə gün öncə məlumat vermişik.


