"Turan Tovuz"un Premyer Liqada debüt edən yetirmələri kimlərdir?
"Turan Tovuz" Premyer Liqanın 33-cü turunda "Sabah"la qarşılaşıb (1:2).
Bu matçda Qərb təmsilçisinin akademiyasının 4 futbolçusu əsas komandanın heyətində debüt edib.
Onlardan sadəcə Murad Dadaşev (22 yaş) startda meydana çıxıb.
77-ci dəqiqədə Muradı Vüqar Bağırov (20 yaş) əvəzləyib.
83-cü dəqiqədə isə meydana İsmayıl İsmayılov (21 yaş) və Ülvü Mədətov (23 yaş) çıxıb.
Mediasport.com.az



