"Kəpəz"də ilk ayrılıq rəsmiləşdi

Yeni mövsümə hazırlaşan "Kəpəz"də ilk ayrılıq rəsmiləşib.
"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi Yeqor Xvalko ilə vidalaşıb.
Belaruslu müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Son iki mövsümdə qərblilərin kapitanı olmuş 28 yaşlı futbolçu "sarı-göylər"in heyətində Premyer Liqada 95 oyun keçirib, 3 qol vurub.