"Neftçi" "Zirə" üçün başladı
Yanvarın 23-də Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Zirə”ni qəbul edəcək "Neftçi" görüşün hazırlığına başlayıb.
"Mediasport" xəbər verir ki, yanvarın 17-də BƏƏ-nin paytaxtı Əbu-Dabidəki toplanışı başa vuraraq Bakıya qayıdan "ağ-qaralar" bir günlük istirahət ediblər.
Komanda qısa fasilədən sonra “Palms Sports” Futbol Mərkəzində baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında məşqə çıxıb.
Xatırladaq ki, "Palms Sports Arena”da keçiriləcək “Neftçi” - “Zirə” matçı saat 19:00-da başlanacaq.
