"Turan Tovuz"un yola saldığı futbolçu paytaxt klubuna keçdi

"Turan Tovuz"dan ayrılan İvan Konovalovun yeni klubu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, rusiyalı qapıçı karyerasını Belarusda davam etdirəcək.
Qolkiper Minsk "Dinamo"su ilə anlaşıb.
31 yaşlı rusiyalı paytaxt təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə bağlanıb.
Qeyd edək ki, İvan Konovalov ötən mövsüm "Turan Tovuz"un heyətində 22 rəsmi matçda meydana çıxıb.