"Qarabağ"ın futbolçusu ilk dəfə əsas milli komandaya dəvət aldı
“Qarabağ”ın futbolçusu Aleksey Kaşşuk ilk dəfə Ukrayna milli komandasına çağırılıb.
"Mediasport" Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Andrea Maldere vingeri yığmaya dəvət edib.
26 yaşlı hücumçu UEFA Millətlər Liqasının qrup mərhələsində son matçlar üçün düşərgədə yer alacaq.
Xatırladaq ki, Ukrayna yığması noyabrın 14-də səfərdə Şimali İrlandiya, 17-də Gürcüstan kollektivləri ilə qarşılaşacaq.
Kaşşuk ölkəsinin U-17, U-19, U-20, U-21 və U-23 millilərində forma geyinib, 2019-cu ildə U-20 ilə dünya çempionu olub.
O, həmin mundialda 7 oyunun hamısında meydanda olub, 2023-cü ildə isə U-21 ilə yarımfinala çıxdığı Avropa çempionatında Xorvatiya millisinə qol vurub.
2:0 hesabı ilə başa çatan matçda məhsuldar ötürməni də Kaşşuk edib.

