Koxalskini İngiltərə və Fransa klubları transfer etmək istəyir

Koxalskini İngiltərə və Fransa klubları transfer etmək istəyir

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını İngiltərədə davam etdirə bilər.

"Mediasport" Polşa mətbuatına istinadən xəbər verir ki, qolkiperlə İngiltərə və Fransa klubları maraqlanır.

Məlumata görə, İngiltərədə Çempionşip və Liqa 1 komandaları Koxalskinin transferi üçün hərəkətə keçib.

Qeyd edək ki, 2024-cü ilin yayından Ağdam klubunda çıxış edən polşalı 28 rəsmi oyunda forma geyinib.