Rüfət Xorvatiyada qol vurdu, komandası darmadağın etdi

Futbol üzrə Xorvatiya Kubokunda 2-ci turun oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" "Qay" klubu ilə qarşılaşıb.
8 qolun vurulduğu görüşdə hesabı Rüfət açıb, komandası 7:1-i bayram edib.
Abdullazadə 66 dəqiqə meydanda olub. Xatırladaq ki, bu, Rüfətin "Varajdin"də ilk qoludur.