Amerikalı mütəxəssis Gəncə klubunun baş məşqçisi təyin edildi
"Gəncə" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, komanda Martin Knejeviçə tapşırılıb.
ABŞ-li mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.
Knejeviç məşqçi karyerası ərzində vətənində "Dallas Mavriks" və "Klivlend Kavalyers" klublarında, o cümlədən 7 ölkədə - Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində işləyib.



