Millimizin AVRO-2029-un oyunları üçün geniş heyəti açıqlandı
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2029-un ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya ilə oyunları üçün geniş heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev heyətə heyətə 15 oyunçu çağırıb.
Düşərgəyə Amil Həmzəyev, Əkbər Məmmədov (hər ikisi "Neftçi"), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov (hamısı "Sabah"), Ulaş Turqut, Cəbrayıl Əkbərov (hər ikisi "Gəncə"), Elşad Şirzadov ("Ordu"), Vesli Van Bek ("Tenerife"), Derin Berkoz (NTD), Rəşid Abbasov, Ercan Donat (hər ikisi "Şəki"), İsmayıl Abdullayev və Saadettin Donat (hər ikisi "Abşeron Lions") dəvət olunublar.
Əkbər Məmmədov və İsmayıl Abdullayev isə zədə səbəbindən təlim-məşq toplanışını davam etdirə bilməyiblər.
