Gəncə klubunda çalışacaq məşqçilərin adları müəyyənləşdi

"Gəncə" basketbol komandasının məşqçilər korpusu məlum olub.
"Mediasport" xəbər verir ki, baş məşqçi Halil Atlıya üç mütəxəssis kömək edəcək.
Uzun illərdir klubda fəaliyyət göstərən əməkdar məşqçi Rizvan Səfərov yenə heyətdə yer alıb. Onunla yanaşı, daha iki məşqçi assistent kimi iş başında olacaq.
Türkiyəli mütəxəssislər Mustafa Göktürk Yıldız və Yusuf Aydilek komandanın uğurları üçün səy göstərəcək. Hər iki çalışdırıcı karyerasında ilk dəfə ölkə xaricində işləyəcək.
Türkiyədə müxtəlif klublarda təcrübə qazanan məşqçilərdən Yusuf Aydilek son olaraq 2-ci liqada çıxış edən "Konya Gelişim" komandasının baş məşqçisi olub. Mustafa Göktürk isə "Mersin" klubunun U-14 komandasında baş məşqçi işləyib.