"Şamaxı"nın legioneri Tanzaniya millisinin heyətində 3 oyun keçirdi

"Şamaxı"nın legioneri Tanzaniya millisinin heyətində 3 oyun keçirdi

"Şamaxı"nın futbolçusu Alfons Msanqa Mabula Tanzaniya yığmasının heyətində növbəti oyunlarını keçirib.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi milli komandasının 3 görüşündə forma geyinib.

22 yaşlı vinger əvvəlcə yoldaşlıq görüşü çərçivəsində Cənubi Afrika Respublikası (0:0) ilə matçda 27 dəqiqə oynayıb.

O, daha sonra “COSAFA Kuboku”nda Madaqaskara (0:1) qarşı 64, Esvatiniyə (2:1) qarşı isə 90 dəqiqə meydanda olub.