"Şirvan" möhtəşəm qələbə ilə Region Liqasında finala çıxdı

 "Şirvan" möhtəşəm qələbə ilə Region Liqasında finala çıxdı

AFFA Region Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilir.

"Mediasport" xəbər verir ki, "Şirvan" ötən həftə Qazaxda məğlub olduğu "Göyəzən"i qəbul edib.

2 minə yaxın azarkeş qarşısında 90 dəqiqə ərzində rəqibindən aşkar üstün oyun nümayiş etdirən aranlılar möhtəşəm qələbə ilə finala vəsiqə qazanıblar - 4:0.

Komandalar arasında ilk dueldə qazaxlılar 4:1 hesablı qələbə əldə etmişdilər.

Yarımfinalın digər cütündə "Xankəndi" "Ağstafa Gəncləri" ilə görüşüb. Qarabağlılar ilk oyundakı qalibiyyətin (4:0) davamını gətiriblər - 1:0.

Xatırladaq ki, Region Liqasının final görüşü mayın 22-də Qəbələ şəhər stadionunun əsas meydanında baş tutacaq.