Turun son oyununda 3 qol oldu

Turun son oyununda 3 qol oldu

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 26-cı tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

"Dinamo" qonaq etdiyi "Şəmkir"ə 3 cavabsız qol vurub.

Xatırladaq ki, liqada sona 1 tur qalıb.

Turun əvvəlki matçlarında "Araz Saatlı" "Ağstafa Gəncləri"ni (3:0), "Göygöl" "Sheki City"ni (2:1), "Ağdaş" "Kür-Araz"ı (2:1), "Xankəndi" "Şirvan"ı (4:0), "Qaradağ Lökbatan" "Quba"nı (3:0) məğlub edib.

Azərbaycan 2-ci Liqası. 26-cı tur


"Dinamo" - "Şəmkir" 3:0

Hakimlər: Səbuhi Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nahid Xasıyev

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Binə qəsəbə stadionu.