Azərbaycan Kubokunda 1/4 final mərhələsinin iki matçı keçiriləcək

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin iki matçı keçiriləcək

Bu gün Basketbol üzrə Azərbaycan Kuboku yarışında 1/4 final mərhələsinin oyunları start götürəcək.

"Mediasport" xəbər verir ki, əvvəlcə “Şəki” klubu ilə NTD qarşılaşacaq. Görüş saat Saat 16:00-da başlanacaq.

“Naxçıvan”la “Abşeron”un dueli isə saat 19:00-a planlaşdırılıb.

Hər iki matç Bakı İdman Sarayında keçiriləcək. Raundun digər iki qarşılaşması sabah baş tutacaq.