Gənc basketbolçu "Sabah"a keçdi

"Sabah" Basketbol Klubu 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Hüseyn Qaflanovu transfer edib.
"Mediasport" xəbər verir ki, 210 sm boya malik oyunçu ilə 2+1 illi müqavilə imzalanıb.
Hüseyn Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən "NBA School"da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib.
O, bir il müddətində ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında da təhsil alıb.