ABL ötən mövsümün yekunlarına dair ənənəvi görüş keçirdi

 ABL ötən mövsümün yekunlarına dair ənənəvi görüş keçirdi

Azərbaycan Basketbol Federasiyası (ABL) yeni mövsüm öncəsi ənənəvi görüşünü keçirib.

"Mediasport" xəbər verir ki, son mövsümün yekunları dəyərləndirilib və qarşıdakı mövsümün açılışı elan olunub.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə basketbolun ölkəmizdə son illərdə qazandığı inkişafı vurğulayıb.

Federasiyanın marketinq meneceri Famil Məcidov hesabatı təqdim edib,

ABF prezidenti Emin Əmrullayev isə yeni mövsüm üçün fəaliyyət prinsipləri və hədəflərdən danışıb.

Bundan əlavə, tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi, idarə heyətinin üzvləri, Federasiyanın əməkdaşları, klub rəhbərləri və nümayəndələri, məşqçilər, basketbolçular və media nümayəndələri iştirak ediblər.