Kapitan baş məşqçini vecinə almadı - "Səbail"də DƏRƏBƏYLİK

Kapitan baş məşqçini vecinə almadı - "Səbail"də DƏRƏBƏYLİK

Futbolü zrə 1-ci liqanın 15-ci turunun MOİK - “Səbail” oyununda qalmaqal yaşanıb.

"Mediasport" xəbər verir ki, 60-cı dəqiqədə Bayıl təmsilçisinin baş məşqçisi Adil Şükürov kapitan Yusif Nəbiyevi əvəzləmək istəsə də, müdafiəçi meydanı tərk etməyib.

O, Şükürova oyuna davam edəcəyini işarə ilə bildirib. Görüşün baş hakimi matçı davam etdirib.

Premyer Liqa iddiasında olan "dənizçilər" ortabab MOİK-ə uduzublar - 0:1.