1-ci Liqa klubu "Qəbələ"nin legionerini icarəyə götürdü

 1-ci Liqa klubu "Qəbələ"nin legionerini icarəyə götürdü

1-ci Liqada yeni mövsümə hazırlaşan “Gəncəbasar” heyətini gücləndirməkdə davam edir.

"Mediasport" xəbər verir ki, gəncəlilər Antoni Hunpeni transfer ediblər.

Nigeriyalı futbolçu “Qəbələ”dən icarəyə götürülüb. Onunla 1 mövsümlük müqavilə bağlanıb.

Xatırladaq ki, "Gəncəbasar" bu yaxınlaradək "Cəbrayıl" adı ilə fəaliyyət göstərib.