"Sabah"ın UEFA Avropa Liqası matçına bilet satışı başlandı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq “Sabah”ın Sloveniyanın "Selye" klubu ilə ev oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, matçı stadiondan izləmək istəyən azarkeşlər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
Biletləri, həmçinin, qarşıdakı günlərdə “Bank Respublika Arena”nın kassalarında və şəhərin digər satış məntəqələrindən almaq mümkün olacaq.
Biletlərin qiyməti 2-5 manat təşkil edir.
İyulun 10-da keçiriləcək “Sabah” - “Selye” görüşü saat 20:00-da “Bank Respublika Arena”da reallaşacaq.